Taxıl dəhlizinə dair sazişin dayandırılmasına təəssüf edirik.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, Rusiya heyəti hələ də İstanbulda yerləşən Müştərək Koordinasiya Mərkəzindədir: “Şübhəsiz ki, həm Prezidentimiz, həm də nazirlərimiz bu sazişin davam edilməsi üçün səylərini davam etdirəcəklər”.