Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin dörd yüksək rütbəli zabitinin Krım körpüsünə uzaqmənzilli raketlərlə hücumla bağlı sızdırılan söhbətinə münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Almaniya KİV məlumt yayıb.
Nazir bildirib ki, sızmanın səbəb və şəraitinin yoxlanılmasının ilk nəticələri gələn həftənin əvvəlində ictimaiyyətə açıqlana bilər. Şifrəsi açılmış söhbətlərin dərci “Rusiyanın informasiya müharibəsinin bir hissəsidir”.