Paşha Bank
Bank Of Baku

Aİ Ukrayna müharibəsi başa çatana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 21 oktyabr 2026 12:07 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyalar Ukraynada münaqişə başa çatana qədər qüvvədə qalacaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında bildirib.

“Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik”, – Avropa Komissiyasının Prezidenti vurğulayıb.

O, həmçinin, bildirib ki, Avropa Komissiyası Rusiya qazının alışına qayıtmağı istisna edir. Bunun səbəbi isə Rusiyanın “istənilən an qazdan silah kimi istifadə edə biləcəyi” qənaətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR