Bank Of Baku

Almaniya müdafiə naziri: Yayda Ukraynaya 80 "Leopard 1" tankı veriləcək

Almaniyanın müdafiə naziri Boris Pistorius

© APA | Almaniyanın müdafiə naziri Boris Pistorius

# 28 aprel 2023 13:15 (UTC +04:00)

Almaniya artıq Ukraynaya 18 "Leopard 2" və 40 "Marder" BMP verib.

APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "La Vanguardia"ya müsahibəsində deyib.

Nazir bildirib ki, yayda 80 "Leopard1" tankının Ukraynaya tədarükü planlaşdırılır.

Boris Pistorius Almaniyanın “sözünün üstündə durduğunu” və Ukraynaya zirehli texnika və digər silahların tədarükü ilə dəstək verdiyini, həmçinin lazımi ehtiyat hissələri və sursatların təcili çatdırılmasını həyata keçirdiyini vurğulayıb. Pistorius qeyd edib ki, o, şəxsən “uğurla və intensiv şəkildə” Ukraynaya digər tərəfdaşlardan daha çox dəstək istəyib.

"Hollandiya və Danimarka tank tədarükünü elan ediblər. "Leopard 1 A5" əsas döyüş tanklarının tədarükü yeni başlayır. Bu, ölkələrin Almaniya ilə birgə təşəbbüsünün nəticəsidir”.

Pistoriusun sözlərinə görə, yüzdən çox ukraynalı hərbçinin "Leopard 1" tanklarında təlimi bu həftə başlayıb.

“İlin ortalarında 80-ə qədər “Leopard 1” əsas döyüş tankının təhvil verilməsinə başlanılacaq”, - nazir əlavə edib.

Qeyd edək ki, "Leopard 1" köhnə tanklardır, 1960-cı illərin ortalarından 1980-ci illərin ortalarına qədər istehsal edilmiş və Sovet T-64-ün müasiridir. Bununla belə, ən son dəyişikliklər müasir müharibə üçün orta dərəcədə aktualdır.

Fevralda Almaniya bu il 80-ə yaxın, gələn il isə yüzə yaxın "Leopard 1" tankını Ukraynaya təhvil verəcəyini vəd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR