Almaniya polisi “Sabah Gazetesi”nin Frankfurt ofisində axtarış aparıb.
APA “Sabah Gazetesi”nə xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank baş verən hadisəyə münasibət bildirib.
Nazir qeyd edib ki, Cevheri Güven kimi qeydiyyatdan keçmiş FETÖ üzvünün şikayəti əsasında “Sabah Gazetesi” nəşrinin Almaniya təmsilçisi İsmail Erel və baş redaktor Cemil Albayın saxlanılmasını pisləyir.