Hazırda Ukraynada baş verən hadisələr uzunmüddətli perspektivdə Avropanın təhlükəsizlik nizamının məhvinə gətirib çıxarıb.
APA-nın məlumatına görə, bu fikirləri RBB radiostansiyasına müsahibəsində Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.
Almaniya prezidentinin fikrincə, hətta Ukraynada münaqişənin sona çatması belə, köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək olmayacaq.
“Yeni bir vəziyyət yaranacaq ki, bir tərəfdən Avropa, digər tərəfdən Rusiya ilk növbədə bir-birindən müdafiə olunacaq”, - Ştaynmayer vurğulayıb.