Bank Of Baku

Almaniya "Şimal axını-2"nin fəaliyyətini dondurub - YENİLƏNİB

Almaniya "Şimal axını-2"nin fəaliyyətini dondurub - YENİLƏNİB
# 22 fevral 2022 19:33 (UTC +04:00)

Almaniya "Şimal axını-2" qaz kəmərinin fəaliyyətini dondurub.

APA-nın "Reuters"ə istinadən xəbərinə görə, sanksiya Rusiyanın “DRX” və “LXR”-i rəsmi şəkildə tanımasına cavab olaraq tətbiq edilib.

Rusiyanın ən böyük təbii qaz idxalçısı olan Almaniyanın sanksiyası Avropanın tətbiq edə biləcəyi ən böyük sanksiya kimi görülür.

***

15:32

Almaniya Rusiyanın “DXR” və “LXR”-i rəsmi şəkildə tanıması ilə əlaqədar “Şimal axını-2” layihəsinin sertifikasiyasını dayandırır.

APA-nın xəbərinə görə, bu barədə Almaniya Kansleri Olaf Şolts irlandiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz vəziyyəti yenidən qiymətləndirməliyik, xüsusilə də “Şimal axını-2” ilə əlaqədar. Bu texniki səslənir, amma bu, zəruri administrativ addımdır. Kəmərin sertifikasiyası olmayacaq və bu olmadan “Şimal axını-2” əməliyyata başlaya bilməz”, - deyə Şolts bildirib.

Kansler qeyd edib ki, iqtisadiyyat naziri Rusiyanın atdığı bu addımla əlaqədar sertifikasiya prosesini bir daha nəzərdən keçirəcək.

Şolts əlavə edib ki, Avropa İttifaqı ilk sanksiyalar paketini müzakirə edib və tezliklə birgə qərar qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR