Almaniya Ukraynanın veteranlarına dəstək məqsədilə əlavə 3 milyon avro vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri İohann Vadeful Kiyevdə keçirilən IX Beynəlxalq Veteranlar Forumunda bildirib.
Vadeful qeyd edib ki, Ukrayna veteranları və onlara dəstək göstərən şəxslər böyük hörmətə layiqdir. Onun sözlərinə görə, Berlin veteranların ehtiyaclarının Ukraynanın mövcud sosial sistemi çərçivəsində qarşılanmasını nəzərdə tutan kompleks yanaşmanı dəstəkləyir.