Almaniya Ukraynaya mərmi tədarük etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerovla görüşündən sonra təşkil olunan brifinq zamanı deyib.
Alman nazirin sözlərinə görə, ölkəsi Ukraynaya hərbi yardım çərçivəsində 140 min ədəd 155 mm-lik mərmi tədarük etməyi planlaşdırır.
Pistorius həmçinin qeyd edib ki, Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək. Paketə daxil olacaq hərbi texnika və silah-sursat arasında 4 ədəd modernləşdirilmiş alman zenit-raket kompleksi "İRİS-T", müxtəlif tipli 60 kəşfiyyatçı pilotsuz uçuş aparatı (PUA) və ən azı 25 ədəd PUA əleyhinə radar sistemi yer alacaq.