Bank Of Baku

Almaniya yaxın günlərdə Ukraynaya HHM sistemi göndərəcək

Almaniya yaxın günlərdə Ukraynaya HHM sistemi göndərəcək
# 10 oktyabr 2022 15:52 (UTC +04:00)

Almaniya Ukraynaya göndərəcəyi dörd IRIS-T SLM Hava Hücumundan Müdafiə (HHM) sistemindən birincisini yaxın günlərdə çatdıracaq.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Almaniyanın müdafiə naziri Kristine Lambrext bildirib.

“Kiyevə və bir sıra digər şəhərlərə yenilənmiş raket atəşi Ukraynaya HHM sistemlərinin cəld şəkildə tədarükünün necə vacib olduğunu göstərdi. Rusiyanın raketlərlə və dronlarla hücumları xüsusilə də mülki əhalini dəhşətə salır. Ona görə də biz indi xüsusilə də HHM silahları təmin edirik”, - deyə Lambrext bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR