Bank Of Baku

Almaniyada "Audi" şirkətinin minlərlə işçisi etiraz aksiyası keçirib

Almaniyada "Audi" şirkətinin minlərlə işçisi etiraz aksiyası keçirib
# 29 iyul 2026 22:33 (UTC +04:00)

Almaniyanın cənub-qərbində yerləşən Nekkarzulm şəhərində təxminən 6 min Audi işçisi Volkswagen konserninin qənaət planlarına etiraz olaraq aksiya keçirib.

Bu barədə "Tagesschau" portalı məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası Audi zavodunun qarşısında IG Metall həmkarlar ittifaqı və müəssisənin işçi şurası tərəfindən təşkil olunub.

İyulun əvvəlində keçirilən ilk aksiyadan fərqli olaraq, bu dəfə tədbirə təxminən 6 min nəfər qatılıb.

Aksiyada çıxış edən həmkarlar ittifaqının nümayəndələri rəhbərliyin planları ilə bağlı kifayət qədər şəffaf məlumat vermədiyini bildiriblər.

Onlar danışıqların davam etdirilməsinə ümid etsələr də, zərurət yaranacağı təqdirdə yeni etiraz aksiyalarının keçiriləcəyini istisna etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR