Bank Of Baku

ABŞ və Səudiyyə Ərəbistanının zərbələri nəticəsində İraqda 5 iranlı hərbi müşavir ölüb - YENİLƏNİB

ABŞ və Səudiyyə Ərəbistanının zərbələri nəticəsində İraqda 5 iranlı hərbi müşavir ölüb - YENİLƏNİB
# 29 iyul 2026 23:10 (UTC +04:00)

ABŞ və Səudiyyə Ərəbistanının İraqda "Xalq Səfərbərlik Qüvvələri"nin obyektlərinə endirdiyi zərbələr nəticəsində azı beş iranlı hərbi müşavir ölüb.

Bu barədə "The National" İraqın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ölən iranlı hərbçilər "Xalq Səfərbərlik Qüvvələri" ilə birlikdə xidmət ediblər.

***
18:45

ABŞ və Səudiyyə Ərəbistanının İraqda Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şəabi) obyektlərinə endirdiyi birgə zərbələr nəticəsində Kaşan şəhərindən olan dörd SEPAH hərbçisi
ölüb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri iyulun 28-də İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus obyektlərə birgə zərbələr endiriblər. ABŞ tərəfi bildirib ki, əməliyyat İranın dəstəklədiyi qruplaşmaların ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarına cavab olaraq həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR