Slovakiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müdafiə sənayesi sahəsində həyata keçirilən birgə layihələrin icrasını davam etdirəcək.
APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla keçirdiyi danışıqların yekununda məlumat verib.
Fitso bildirib ki, tərəflər Bratislavada Dunay çayı üzərində mühüm infrastruktur layihəsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Bundan başqa, kənd təsərrüfatı və BƏƏ-nin Slovakiyanın kurort sektoruna investisiya yatırması perspektivləri də müzakirə olunub.