Almaniyanın Hamburq şəhərindəki məktəbə silahlı hücumda xəsarət alan olmayıb.
APA xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” onlayn nəşri yerli polisə istinadən bildirib.
Hazırda məktəb binasında polis əməkdaşları tərəfindən axtarış aparılır.
Məktəbə daxil olan iki silahlı şəxsin binanı tərk edib qaçması barədə də məlumatlar var. Binada olan müəllim və şagirdlərin təxliyəsi davam etdirilir.
***
15:13
İki silahlı şəxs Almaniyanın Hamburq şəhərindəki məktəblərdən birinə hücum edib.
APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Onların siniflərdən birində istehkam qurduqları qeyd olunub.
Hazırda Almaniya xüsusi təyinatlı polisi əməliyyat keçirir.