Bank Of Baku

Almaniyada “Mercedes” zavodunda atışma baş verib, 2 nəfər ölüb

Almaniyada “Mercedes” zavodunda atışma baş verib, 2 nəfər ölüb
# 11 may 2023 14:41 (UTC +04:00)

Almaniyada “Mercedes” zavodunda atışma baş verib, nəticədə iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Ölkənin cənub-qərbində “Mercedes-Benz” zavodunda baş verən atışmada 2 nəfərin ölümü ilə nəticələnən silahlı insidentdən sonra şübhəli şəxs saxlanılıb. Həmin şəxsin 53 yaşlı kişi olduğu müəyyən edilib”, - açıqlamada deyilib.

Ştutqart prokuroru əlavə heç kimin xəsarət almadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR