Bank Of Baku

Almaniyanın XİN başçısı Ben-Qvirin Qəzza ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb

Almaniyanın xarici işlər naziri İohann Vadeful

© APA | Almaniyanın xarici işlər naziri İohann Vadeful

# 19 avqust 2026 23:23 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri İohann Vadeful İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza ilə bağlı açıqlamalarını kəskin tənqid edib.

Bu barədə DPA məlumat yayıb.

Vadeful Ben-Qvirin Qəzzada hər gün 30-40 mülki şəxsin qəsdən öldürülməsinə dair çağırışlarını “tamamilə qəbuledilməz” adlandırıb. O bildirib ki, bu açıqlamaların nəticələri Avropa İttifaqı daxilində müzakirə olunacaq və Almaniya bu müzakirələrdə iştirak edəcək.

Almaniya XİN rəhbəri həmçinin İsrailin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin tikintisi ilə bağlı planlarını tənqid edib və bunun iki dövlətli həll imkanını aradan qaldıra biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR