Paşha Bank
Bank Of Baku

Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq

Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
# 16 oktyabr 2026 20:48 (UTC +04:00)

Ukrayna yaxın vaxtlarda ilk İsveç istehsalı olan “Gripen” qırıcılarını almalıdır.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə Brüsseldə keçirilən görüşdən sonra məlumat verib.

Zelenski qeyd edib ki, görüşdə Ukraynanın davamlı hücumlardan müdafiəsi üçün ehtiyacları, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsi müzakirə olunub.

“Gripen” qırıcıları Ukraynanın arsenalındakı F-16 təyyarələrini tamamlayacaq. Zelenskinin sözlərinə görə, bu təyyarələr, xüsusilə reaktiv mühərrikli “Şahed” dronlarının vurulmasında faydalı olacaq.

İsveçin Baş naziri Ulf Kristersson isə bildirib ki, “Gripen” qırıcılarının Ukraynada istifadəyə hazırlanması prosesi gedir və pilotlar təlim keçir. O, yeni təyyarələrin Ukraynanın müdafiə sisteminə inteqrasiyası ilə bağlı çətinliklərin uğurla aradan qaldırıldığını vurğulayıb.

Kristersson həmçinin Ukraynanın 2026-cı ilin sonunadək və 2027-ci ildə maliyyə dəstəyinə böyük ehtiyacı olacağını bildirib. Onun sözlərinə görə, Rusiyaya təzyiqlər artırılmalı, Ukraynaya uzunmüddətli dəstək mexanizmləri gücləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR