Bank Of Baku

“ANKA-3” PUA-sı ilk uçuşunu bu ay həyata keçirə bilər

“ANKA-3” PUA-sı ilk uçuşunu bu ay həyata keçirə bilər
# 01 may 2023 17:59 (UTC +04:00)

Türkiyənin pilotsuz uçuş aparatı “ANKA-3” ilk uçuşunu bu ay həyata keçirə bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti müdafiə sənayesi idarəsi rəisi İsmail Dəmir “TRT Haberə” açıqlamasında bildirib.

O qeyd edib ki, “ANKA-3” 44 min fut yüksəkliyə qədər qalxa biləcək.

ANKA-3 “KAAN” milli döyüş təyyarəsi, “HÜRJET” və “F-16”lar ilə birgə əməliyyatlarda istifadə edilə bilər.

Bundan əlavə, “ANKA-3”-ün ümumilikdə 7 raket atma sistemi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR