Bank Of Baku

Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO - YENİLƏNİB

Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO  - YENİLƏNİB
# 07 iyul 2026 11:29 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində 36-cı NATO Sammiti öz işinə başlayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, açılış mərasimində NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

Çıxışdan sonra Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib. Daha sonra sammit iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.

Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.

***

10:10

Ankarada keçirilən 36-cı NATO Sammiti bu gün Müdafiə Sənayesi Forumu ilə başlayır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, forumda NATO-nun Baş katibi Mark Rutte açılış nitqi ilə çıxış edəcək, daha sonra Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Güler iştirakçılara müraciət edəcəklər.

Günün proqramına xarici işlər və müdafiə nazirlərinin görüşləri, eləcə də liderlər üçün rəsmi şam yeməyi daxildir. Sammitin ikinci günü Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək.

Sammit çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp başda olmaqla bir sıra liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Ərdoğan–Tramp görüşündə Türkiyənin F-35 proqramına mümkün qayıdışı, KAAN layihəsi üçün F110 mühərriklərinin satışı, eləcə də Suriya və Qəzzadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR