Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfərə gedib.
APA xəbər verir ki, almaniyalı nazir artıq paytaxt İrəvana çatıb.
Xatırladaq ki, Almaniya XİN rəhbəri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, xanım Berbok Ermənistanda Qarabağı könüllü tərk edən erməni vətəndaşlarının qəbulu mərkəzinə baş çəkməyi planlaşdırır. Sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətinə nəzarət etmək məqsədi daşıyan Aİ-nin Ermənistandakı monitorinq missiyasının (EUMA) üzvləri ilə də danışıqlar planlaşdırılır.
O, sabah Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.