Bank Of Baku

Annalena Berbok: Rusiyadan enerji asılılığının azalması istiqamətində Almaniya və Ermənistan əməkdaşlıq edə bilər

Annalena Berbok: Rusiyadan enerji asılılığının azalması istiqamətində Almaniya və Ermənistan əməkdaşlıq edə bilər
# 03 noyabr 2023 19:32 (UTC +04:00)

Almaniya və Ermənistanın Rusiyadan enerji asılılığı var və bunu bir gecədə dəyişmək mümkün deyil.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Almaniya enerji baxımından Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır, Ermənistan da asılıdır və bunu bir gündə dəyişmək mümkün deyil. Biz Ermənistanın Rusiyadan nə dərəcədə asılı olduğunu da başa düşürük. Biz bilirik ki, bu asılılığın azaldılması üçün güclü tərəfdaşlara ehtiyacımız var. Almaniya bu asılılıqdan qurtulur. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var", - deyən Almaniyanın xarici işlər naziri burada “Qara dəniz sualtı kabeli” layihəsinin də rol oynaya biləcəyini bildirib.

Onun sözlərinə görə, Almaniya və Ermənistan enerji təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlıq edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR