Türkiyənin Antalya bölgəsində Döşemealtı səmtindəki Mütəşəkkil Sənaye ərazisindəki fabrikdə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.
APA CNN-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında qida fabrikində baş verib.
Yanğın yerinə bir çox rayonlardan qruplar göndərilib. Söndürmə işləri davam edir.