Rusiya qoşunları “Donbasın azad edilməsinə” cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.
Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyir.
“Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar”, - deyə Aretoviç bildirib.
Eyni zamanda o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.
"Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Prosess Kiyevin, Xarkovun tutulması olmayacaq”,- deyə Arestoviç bildirib.