ATƏT-in Nazirlər Şurasının 30-cu iclasının vaxtı məlum olub
APA xəbər verir ki, iclas 30 noyabr - 1 dekabr tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində baş tutacaq.
ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirlərinin illik görüşü ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə keçiriləcək.
Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in qərar qəbul edən və idarəetmə orqanıdır. İllik görüş xarici işlər nazirləri üçün Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın bütün fəaliyyət sahələrində işini nəzərdən keçirmək və qiymətləndirmək üçün bir fürsətdir.