Rusiya “Rusiya ərazisinə deportasiya edilmiş və ya işğal olunmuş ərazilərin digər ərazilərinə köçürülmüş” ukraynalı uşaqların hüquqlarını və qanuni maraqlarını “açıq şəkildə pozub”.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bu gün dərc olunmuş hesabatında deyilir.
“Ukraynalı uşaqların genişmiqyaslı yerdəyişməsi faktı nə Ukrayna, nə də Rusiya tərəfindən mübahisələndirilmir”, - hesabatda deyilir.