Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiya və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin qüvvəsinin dayandırılmasını planlaşdırırlar.
APA-nın xəbərinə görə, bu barədə bu gün “Financial Times” qəzeti məlumat yayıb.
Avropa İttifaqına üzv ölkələrin XİN başçıları bu barədə avqustun 30-da Praqada keçiriləcək görüşdə qərar qəbul etmək niyyətindədirlər.