Avropa Komissiyası Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib

Avropa Komissiyası Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib
# 05 mart 2024 16:12 (UTC +04:00)

Avropa Komissiyası və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Avropa Müdafiə Sənayesi Strategiyasını və müdafiə sənayesinin rəqabət qabiliyyətini artırmaq üçün yeni iddialı tədbirlər toplusunu təqdim edib.

APA Avropa Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Müdafiə Sənayesi Strategiyası (EDIS) Avropa İttifaqında müdafiə sənayesi hazırlığına nail olmaq üçün aydın, uzunmüddətli baxışı müəyyən edir.

Strategiya ilə bağlı ilk təcili vasitə kimi Avropa Komissiyası bu gün Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) üçün qanunvericilik təklifini və müdafiə məhsullarının vaxtında mövcudluğunu və təchizatını təmin etmək üçün tədbirlər çərçivəsini təqdim edib.

Strategiya üzv dövlətlərin hərbi sənaye hazırlığı istiqamətində irəliləyişlərini ölçməyə yönəlmiş göstəriciləri müəyyən edib.


Plana 2030-cu ilə qədər birgə şəkildə müdafiə avadanlığının ən azı 40%-ni almaq, 2030-cu ilə qədər Aİ daxili müdafiə ticarətinin dəyərinin Aİ müdafiə bazarının dəyərinin ən azı 35%-ni təşkil etməsini təmin etmək və 2030-cu ilə qədər Aİ daxilində müdafiə satınalmaları büdcəsinin ən azı 50%-ni və 2035-ci ilə qədər 60%-ni almaq istiqamətində davamlı irəliləyişin əldə edilməsi daxildir.

Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) həm maliyyə, həm də tənzimləyici aspektləri əhatə edir. EDIP Avropa Müdafiə Texnoloji və Sənaye Bazasının rəqabət qabiliyyətini artırmağa davam etmək üçün 2025-2027-ci illər ərzində Aİ büdcəsindən 1,5 milyard avro səfərbər edəcək.

EDIP büdcəsi həmçinin Aİ-nin Ukrayna ilə müdafiə sənayesi əməkdaşlığını gücləndirəcək və onun müdafiə sənayesi və texnoloji bazasının inkişafına dəstək verəcək.

Strategiya müdafiə avadanlığı üzrə üzv dövlətlərin əməkdaşlığını asanlaşdırmaq və genişləndirməklə bağlı Avropa Silahlanma Proqramı üçün Struktur (SEAP) adlı yeni hüquqi bazanı da təqdim edəcək. Bu, həmçinin Avropada bütün zəruri müdafiə məhsullarına daimi çıxışı təmin edəcək və müdafiə təyinatlı malların gələcək tədarük böhranlarına səmərəli reaksiya verməsi üçün çərçivəni təmin edəcək. EDIP müdafiə sənayesi sahəsində Aİ-nin fəaliyyətinin ümumi ardıcıllığını təmin etmək üçün üzv dövlətlərin tam cəlb olunduğu idarəetmə strukturunun yaradılmasını - Müdafiə Sənayesi Hazırlığı Şurası, təklif edir.

Strategiyanı təqdim edən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Avropaya yüksək intensivlikli müharibəni geri gətirdi. "Onilliklər ərzində az xərcləmədən sonra biz müdafiəyə daha çox sərmayə qoymalıyıq, lakin bunu daha yaxşı və birlikdə etməliyik. Güclü, dayanıqlı və rəqabətədavamlı Avropa müdafiə sənayesi bizim müdafiə hazırlığımızı artırmaq üçün strateji cəhətdən vacib və ilkin şərtdir. Biz həmçinin Ukraynaya hərbi dəstəyimizi artırmalıyıq, onun müdafiə sənayesi bazasını dəstəkləməliyik", Borrell deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR