Bank Of Baku

  Avropa liderləri Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər

  Avropa liderləri Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər
# 26 mart 2022 01:11 (UTC +04:00)

Avropa İttifaqı liderləri Ukraynada vəziyyətin daha da ağırlaşacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər.

APA-nın xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz əlavə sanksiyalara hazırlıqlara başladıq. Biz vacib və koordinasiyalı iş gördük.Vəziyyət daha da pisləşəcəyi tədqdirdə sanksiyalar da hazır olacaq” - deyə Makron vurğulayıb.

Fransa lideri eyni zamanda Moskva ilə dialoq kanallarının açıq olmasının da vacibliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR