Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib

Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib
# 21 may 2025 17:35 (UTC +04:00)

Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib.

APA DW-ə istinadən bildirir ki, Aİ ölkələrindən İtaliya və İspaniya İsrail nəzarətində olan Fələstinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər edən Aİ diplomatlarına İsrail əsgərlərinin atəş açmasını pisləyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsraili insidenti araşdırmağa və günahkarları "məsuliyyətə cəlb etməyə" çağırıb:

"Diplomatların həyatına hər hansı təhdidlər qəbuledilməzdir".

İsrail ordusu rəsmisi bildirib ki, diplomatlar müəyyən edilmiş marşrutdan "kənara çıxdıqları" üçün əsgərlər "xəbərdarlıq atəşi" açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR