Bank Of Baku

Avropa Parlamentinin rəhbəri Moldovanın Aİ-yə daxil olmağa hazır olduğunu açıqlayıb

Roberta Metsola

© APA | Roberta Metsola

# 21 may 2023 15:05 (UTC +04:00)

Moldova Avropa İttifaqına üzv olmağa hazırdır, ona görə də onun Aİ-yə daxil olması ilə bağlı danışıqlar mümkün qədər tez başlamalıdır.

APA xəbər verir ki, bunu bazar günü Moldova prezidenti Maia Sandunun Kişinyovda təşkil etdiyi “Avropa Moldova” mitinqində Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

"Moldova Avropadır. Sizin Avropa Parlamentində etibarlı tərəfdaşınız var. Avropa sizi məyus etməyəcək. Ümid edirəm ki, Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu il başlayacaq, çünki Moldova artıq Avropaya inteqrasiyaya hazırdır. Biz bu anın sizin üçün nə demək olduğunu bilirik və siz indi burada iştirakınızla bunu nümayiş etdirirsiniz”, - Metsola bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR