Londondakı Bakinqam Sarayının qarşısında bir nəfər saxlanılıb
APA-nın Britaniya bürosunun “BBC”yə istinadən xəbərinə görə, bir nəfər ov tüfəngi patronu olduğu güman edilən bir sıra əşyaları saray ərazisinə atdıqdan sonra, Bakinqam Sarayının qarşısında həbs edilib.
London Polisi bildirib ki, həmən şəxsdə şübhəli çanta da olub. Mütəxəssislərin qiymətləndirməsindən sonra ehtiyat tədbiri olaraq idarə olunan partlayışla çanta zərərsizləşdirilib.
Polis bildirib ki, hər hansı atışma olmayıb, zabitlərə və ya ictimaiyyət nümayəndələrinə hər hansı xəsarət yetirilməyib.
Polis məsələni terrorla əlaqəli hesab etmədiklərini bildirib. Bildirilib ki, əlavə araşdırmalar davam edir.