Bank Of Baku

Baltikyanı ölkələr Ukrayna ilə bağlı G7 bəyannaməsinə qoşulub

Baltikyanı ölkələr Ukrayna ilə bağlı G7 bəyannaməsinə qoşulub
# 17 avqust 2023 16:15 (UTC +04:00)

Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya Ukrayna ilə bağlı G7 bəyannaməsinə qoşulub.

APA xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Litva, Latviya və Estoniya hökumət başçıları münaqişənin ilk günlərindən ölkələrinin Ukraynanı dəstəklədiyini və bu xətti davam etdirməyə hazır olduqlarını vurğulayıblar.

Xatırladaq ki, bu ilin 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə sammiti keçirilib. Sammit çərçivəsində G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Ukraynaya təhlükəsizlik təminatının verilməsi üzrə birgə Bəyannaməsi qəbul olundu.

Bəyannamədə qeyd edildiyi kimi, G7 ölkələri Ukraynaya silah tədarükünü artıracaq, eyni zamanda uzaq mənzilli artilleriya və döyüş təyyarələrinin göndərilməsinə üstünlük veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR