Paşha Bank
Bank Of Baku

“Google” bir gündə təxminən 500 milyard dollar dəyər itirib

“Google” bir gündə təxminən 500 milyard dollar dəyər itirib
# 30 oktyabr 2026 04:22 (UTC +04:00)

ABŞ-ın texnologiya nəhəngi “Alphabet” şirkətinin bazar kapitallaşması bir gün ərzində 477 milyard dollar azalıb.

APA xəbər verir ki, birja məlumatlarına əsasən, “Google”un ana şirkətinin bazar dəyərindəki bu azalma onun tarixində ən böyük gündəlik itki olub.

“Nasdaq” birjasında Moskva vaxtı ilə saat 19:30-a olan məlumata görə, “Alphabet”in bazar kapitallaşması 3,459 trilyon dollar təşkil edib.

Bir gün əvvəl isə bu göstərici 3,936 trilyon dollar səviyyəsində olub.

Şirkətin səhmləri 12,07 faiz ucuzlaşaraq bir səhm üçün 283,04 dollara düşüb.

Bildirilir ki, “Google”un 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatının açıqlanmasından sonra şirkətin səhmləri hələ birjaöncəsi ticarətdə 10 faizdən çox dəyər itirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR