Bank Of Baku

Baş katib: NATO ölkələri Vilnüs sammitində Ukraynanın üzvlüyünə dəstəyini bəyan edəcək

Baş katib: NATO ölkələri Vilnüs sammitində Ukraynanın üzvlüyünə dəstəyini bəyan edəcək
# 15 may 2023 16:25 (UTC +04:00)

NATO-ya üzv ölkələr Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın alyansa üzvlüyünü dəstəkləyəcəklərini açıqlayacaq.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kopenhagendə keçirilən Demokratiya Sammitində çıxışı zamanı deyib.

Stoltenberq qeyd edib ki, təşkilatın bütün üzvləri Kiyevin öz yolunu seçmək hüququna sahib olmasını dəstəkləyir. Bununla da NATO ölkələri 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın gələcəkdə alyans sıralarına daxil olmasını dəstəkləyəcəklərini bəyan edəcəklər.

NATO Baş katibi onu da qeyd edib ki, üzv ölkələrin dövlət və hökumət başçıları bunu dəfələrlə bəyan ediblər.

Onun fikrincə Ukraynanın atacağı addımlarla bağlı Moskva qərar vermir və əlavə edib ki, üzvlüklə bağlı qərar Ukrayna və NATO-ya üzv olan 31 ölkə tərəfindən verilməlidir.

Stoltenberq vurğulayıb ki, NATO-nun qapıları əvvəl də olduğu kimi Ukrayna üçün açıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR