Paşha Bank
Bank Of Baku

Baş nazir: ABŞ Litvada hərbi baza yaratmaq istəsə, xərcləri ödəməyə hazırıq

Litva Baş naziri Mindauqas Sinkeviçius

© APA | Litva Baş naziri Mindauqas Sinkeviçius

# 06 oktyabr 2026 12:31 (UTC +04:00)

Litva ABŞ hərbi bazasının bu ölkədə qurulacağı təqdirdə, tikinti xərclərini ödəməyə hazırdır.

“Reuters”in xəbərinə görə, bunu Litva Baş naziri Mindauqas Sinkeviçius deyib.

O, ABŞ Prezidenti Donald Trampın Litvada daimi hərbi baza yaratmaq məsələsinə müsbət yanaşdığını məmnunluqla qeyd edib.

“Şadam ki, bu ideya ciddi şəkildə nəzərdən keçirilir. Bu çəkindiricilik və təhlükəsizlik üçün son dərəcə vacibdir”, - Litva Baş naziri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın Litvada hərbi baza yaratması fikrini nəzərdən keçirəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR