Ukrayna Müdafiə Qüvvələri cənubda planlaşdırılmış hücum əməliyyatı həyata keçirir və artıq Dnepropetrovsk vilayətinin demək olar bütün ərazisi azad edilib.
APA xəbər verir ki, bu barədə Baş Qərargahın Baş Operativ İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko “RBC-Ukraina”ya müsahibəsində danışıb.
Komarenko bildirib ki, azad edilən ərazi 400 kvadrat kilometrdən çoxdur.
Onun sözlərinə görə, Rusiya ordusu Zaporojye və Dnepropetrovsk vilayətlərində mümkün qədər irəliləmək məqsədilə yaz aylarında hücum əməliyyatlarına başlamağı planlaşdırır.