Bank Of Baku

Bayden ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacağını bildirib

Bayden ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacağını bildirib
# 21 fevral 2023 21:12 (UTC +04:00)

Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.

APA-nın xəbərinə görə, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.

Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.

“Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir” - deyə Bayden bildirib.

Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR