Bank Of Baku

Belarus XİN Zelenskinin təklifinə qarşı çıxıb

Vladimir Makey

© APA | Vladimir Makey

# 13 oktyabr 2022 11:19 (UTC +04:00)

Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

APA xəbər verir ki, Belarus XİN rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, Qərb ölkələrinin nümayəndələri Belarus-Ukrayna sərhədinə göndərilsə, bu, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb olunması demək olacaq.

Belarus rəsmisi ölkəsinin Qərb sərhədindəki vəziyyət barədə də danışıb:

“Sərhədə hərbi texnika və silahlar köçürülür, hərbi qulluqçular yığılır. Biz buna göz yummamalıyıq. Təbii ki, adekvat cavab tədbirləri, o cümlədən hərbi tədbirlər hazırlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR