Bank Of Baku

Belçika hazırda Ukraynaya F-16 verə bilmir, təlim keçə bilər

Belçika hazırda Ukraynaya F-16 verə bilmir, təlim keçə bilər
# 17 may 2023 10:51 (UTC +04:00)

Belçika ukraynalı pilotlara F-16 qırıcıları ilə bağlı təlim keçməyə hazırdır, lakin təyyarələri hazırda Kiyevə transfer edə bilmir.

APA xəbər verir ki, bu barədə Belçikanın “DeMorgen” nəşri məlumat yayıb.

Baş nazir Aleksander De Croonun ofisindən bildirilib ki, F-16 məsələsi bu ayın əvvəlində Haaqa sammiti çərçivəsində Prezident Vladimir Zelenskinin Niderland və Belçika Baş nazirləri ilə görüşündə müzakirə edilib.

“Biz təyyarələri göndərə bilmirik, lakin pilotlara təlim keçə bilərik”, - Belçika Baş naziri ofisinin məlumatında qeyd olunub.

Nəşrin məlumatında bildirilib ki, Belçika Hərbi Hava Qüvvələri (HHQ) F-16 qırıcılarını ötən əsrin 70-ci illərindən istifadə edirlər, bu baxımdan ukraynalı pilotlara təlim keçilməsi ilə bağlı problem yoxdur. Lakin hazırda Belçika HHQ-nin bütün F-16 qırıcılarından istifadədə olunub, ona görə də Belçikanın sözügedən təyyarələri onlara verilən tapşırıqlarından ayıra bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR