Bank Of Baku

Belqrad-Priştina dialoqunun yeni raundu 15 mayda baş tutacaq

Belqrad-Priştina dialoqunun yeni raundu 15 mayda baş tutacaq
# 11 may 2023 15:23 (UTC +04:00)

Belqrad-Priştina dialoqunun yeni raundu 15 mayda baş tutacaq.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu və İttifaqın Qərbi Balkan regionu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak tanınmamış Kosovonun Baş naziri Albin Kurti ilə danışıqlardan sonra bildirib.

Layçak qeyd edib ki, Belqrad və Priştina arasında danışıqların yeni raundu mayın 15-də keçiriləcək və görüş Brüsseldə baş tutacaq.

Qeyd olunub ki, müəyyən razılaşmalar, həmçinin əlavə təkliflər də var və bu səbəbdən razılığa gəlmək lazımdır.

Layçak Kurti ilə Priştina tərəfindən Serb Bələdiyyələri İcmasının yaradılması məsələsini müzakirə etdiyini bildirib və hər iki tərəfin (red. – Serbiya və Kosovo) Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılmasına sadiq olmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2013-cü ilin 9 aprel tarixində münasibətlərin normallaşdırılmasına dair tərəflər arasında Brüssel sazişləri bağlanıb. Bu sazişlərin şərtlərinə uyğun olaraq, tanınmamış Kosovoda yaşayan serblər üçün özünüidarəetmə orqanı (Serb Bələdiyyələri İcması) yaradılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR