Bank Of Baku

Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır

Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır
# 18 may 2023 13:36 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Şimali Atlantika Alyansının (NATO) yeni Baş katibi olmaqdan məmnun olacağını deyib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə o, Almaniyanın DPA agentliyinə öz fikrini bildirib.

"Mən həmişə demişəm ki, bu, yaxşı işdir. Bu, mənim sevəcəyim bir işdir. NATO-nun Baş Katibi olmaq fantastik iş olardı və alyans bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Gecələr rahat yatmağımızı təmin etmək üçün əlimdən gələni etməkdən məmnun olaram", - deyə nazir vurğulayıb.

Eyni zamanda, Ben Uolles indiki mövqeyinin də onu qane etdiyini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, mayın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tərk etmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin alyans ölkələrinin ona əla varis tapa biləcəyinə əminliyini ifadə edib. Y. Stoltenberq 2014-cü ilin sonundan NATO-nun Baş katibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR