Ukraynanın cəbhə xəttində hər zaman çatışmazlıq hissi olub, lakin mən strateji çatışmazlıqların əlamətini görmürəm.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniyanın müdafiə naziri Ben Uolles “Financial Times”a müsahibəsində deyib.
Onun sözlərinə görə, əsas məsələ Ukrayna qüvvələrinin silahdan istifadədə dəqiq olması və qərb metodlarından istifadə edərək döyüşü davam etdirməsidir. “Rusiyanın döyüş mövqeyini məhv etmək üçün sizə 100 artilleriya mərmisi lazımdır, yoxsa sadəcə beş? Dəqiq ola bilsəniz, 100 mərmi lazım deyil” - deyə nazir bildirib.