Bank Of Baku

Binəli Yıldırım: "TDT Balkanlardan Çinə qədər uzanan coğrafiyanı əhatə edir"

Binəli Yıldırım

© APA | Binəli Yıldırım

# 28 mart 2022 16:09 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu Türkiyənin Bursa şəhərində öz işinə başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TDT-nin mətbuat katibliyi məlumat yayıb.

Qeyd olunub ki, açılış mərasimində çıxış edən TDT-nın Baş katibi Bağdad Amreyev təşkilata üzv ölkələrin dünyada 20 milyonluq diasporunun olduğunu qeyd edib: “Bu potensialın düzgün istiqamətləndirilməsi və aktivləşdirilməsi bizim institutlarımızın bir-biri ilə əməkdaşlıq etməsi üçün çox vacibdir”.

Öz növbəsində təşkilatın Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə TDT-nin böyük coğrafiyaya sahib olduğunu xatırladıb.

“Türk Dövlətləri Təşkilatı dedikdə, Balkanlardan Çinə qədər əsrlər boyu bəşəriyyətin xidmətində olan, Avropa və Asiya qitələrini birləşdirən bir coğrafiyadan bəhs edirik”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR