BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında və Bretton Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb.
APA xəbə verir ki, o, bunu Xirosimada “Yeddilik Qrupu” (G7) sammitinin başa çatdığı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, islahatlar hazırda dünyanın reallıqları ilə uyğun gəlməlidir.
"Qlobal maliyyə arxitekturası köhnəlmiş, işlək olmayan və ədalətsizdir", - Reuters bazar günü onun sözlərindən sitat gətirib.
BMT Baş katibinin sözlərinə görə, COVID-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı "iqtisadi sarsıntılar qarşısında" qlobal maliyyə sistemi "qlobal təhlükəsizlik şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilmədi".