BMT-nin İnsan Haqları üzrə Nyu-York ofisinin direktoru Kreyq Mokhiber istefa verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Qərb mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, o, BMT-nin Qəzzada baş verənləri dayandırmaqda “uğursuzluğuna” görə istefa verib.
Kreyq Mokhiber, Qəzzada baş verənləri soyqırım adlandıraraq, BMT-nın bunun qarşısını almaqda aciz olduğunu vurğulayıb.