Bank Of Baku

Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb

Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb
# 17 dekabr 2025 03:09 (UTC +04:00)

ABŞ-dan alınan yeni tək və iki nəfərlik F-16 “Block” 70 qırıcı təyyarələri Bolqarıstanın Qraf İqnatyevo Hava Bazasına çatıb.

APA xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə F-16 “Block” 70 qırıcı təyyarələrinin ilk partiyasının Bolqarıstan Hərbi Hava Qüvvələrinə çatdırılması başa çatıb.

“Lockheed Martin” şirkəti ilə müqavilə çərçivəsində qalan səkkiz təyyarə təhvil verildikdən sonra Bolqarıstan Hərbi Hava Qüvvələrində F-16 “Block” 70 qırıcı təyyarələrindən ibarət eskadrilya olacaq.

Səkkiz qırıcıdan ibarət ikinci partiyanın 2027-ci ilin sonuna qədər Bolqarıstana çatması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR