Bank Of Baku

Bolqarıstan Baş prokorunun kortejinin keçdiyi yolda partlayış baş verib

İvan Geşev

© APA | İvan Geşev

# 01 may 2023 17:30 (UTC +04:00)

Bolqarıstanın Baş prokuroru İvan Geşevin kortejinin keçdiyi yolda partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Bulgarian National Television” (BNT) bildirib.

Hadisə günorta saatlarında Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. Belə ki, ilkin məlumatlara görə, konvoyun maşınlarından birinin qarşısında partlayıcı qurğunun işə düşməsi nəticəsində güclü partlayış baş verib. Xəsarət alan olmayıb.

Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR