Bank Of Baku

Bolqarıstan Ukraynaya ilk zirehli transportyorları göndərib

Bolqarıstan Ukraynaya ilk zirehli transportyorları göndərib
# 02 fevral 2024 23:08 (UTC +04:00)

Parlamentin qərarına əsasən Bolqarıstanın Ukraynaya hədiyyə etdiyi istismarda olmuş zirehli transportyorların ilk partiyasını göndərilib.

APA-nın məlumatına görə, bu barədə BGNES agentliyi müdafiə naziri Todor Taqarevin zirehli texnikanın qoşqulara yüklənməsi zamanı çəkdiyi fotoları dərc edib.

Dekabrda hakim çoxluq prezidentin texnikanın tədarükü ilə bağlı vetosunu rədd edib. Bundan sonra Bolqarıstan Daxili İşlər Nazirliyi yüzə yaxın zirehli transportyoru və ehtiyat hissələrini Ukraynaya göndərməyə qərar verib. Mütəxəssislərin fikrincə, texnikanın daşınması iki ay çəkə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR