Bolqarıstan prezidenti Rumen Radev fevralın 3-də 48-ci Milli Assambleyanı (birpalatalı parlament) buraxacağını elan edib.
APA-nın xəbərinə görə, bu barədə Bolqarıstanın milli televiziyası məlumat yayıb.
"Mən parlamentin fevralın 3-də buraxılması və seçkilərin aprelin 2-nə təyin edilməsi haqqında fərman verəcəyəm", - Radev bildirib.