Bank Of Baku

Borel Livana müdaxilənin vəziyyəti pisləşdirəcəyini deyib

Borel Livana müdaxilənin vəziyyəti pisləşdirəcəyini deyib
# 30 sentyabr 2024 22:15 (UTC +04:00)

Livana istənilən hərbi müdaxilə Yaxın Şərqdəki vəziyyəti kökündən pisləşdirəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra deyib.

“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısı alınmalıdır”, - deyə o bildirib.

O həmçinin vəziyyəti gərginləşdirməmək üçün İsraili Livan ərazisinə girməkdən çəkinməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR